Rusiyada raket təhlükəsi! Sakinlər köçürülür!
2024-03-19 14:19:01
Hurriyyet.az "Moskovskiy komsomoleç" nəşrinə istinadla xəbər verir ki, Ukraynanın əks-hücumu səbəbindən 9 min nəfərə yaxın uşaq Belqorod vilayətindən çıxarılacaq.
Bu məlumatı Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov "Vahid Rusiya" Partiyasının Baş Şurasının rəyasət heyətinin iclasında verib.
Qeyd edək ki, bu gün Belqorod şəhərində və ətrafında raket təhlükəsi xəbərdarlığı edilib. Bu barədə məlumatı RF FHN-nin Belqorod vilayətindəki idarəsi verib. Məlumatda deyilir: "Belqorod şəhəri və Belqorod rayonu. Raket təhlükəsi. İmkan daxilində evdə qalın. Pəncərələrə yaxınlaşmayın".
Xəbərdarlığı qubernator Qladkov da öz "Teleqram" səhifəsində dərc edib".
Hürr Tərcüman
.png)