📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyada seçki komissiyasının üzvü dron hücumunda öldü

2026-09-20 16:53:30

Rusiyada seçki komissiyasının üzvü dron hücumunda öldü

Xerson vilayətində avtobusa pilotsuz uçuş aparatı ilə hücum nəticəsində iki nəfər həlak olub.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova brifinqdə məlumat verib.

Ölənlərdən biri 1966-cı il təvəllüdlü məntəqə seçki komissiyasının üzvü Olqa Demyanenkodur.

Pamfilovanın sözlərinə görə, həlak olan qadının qızı da seçki komissiyasının üzvüdür və fəaliyyətini davam etdirir.