📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyada səfərbərlik iddialarına Peskovdan REAKSİYA

2026-08-25 17:06:06

Rusiyada səfərbərlik iddialarına Peskovdan REAKSİYA

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyada yeni səfərbərliyin olmayacağını bildirib.

Hurriyyet.media  xəbər verir ki, bu barədə o RTVI-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, bunlar "Ukrayna hakimiyyəti və Qərb mediası tərəfindən dövriyyəyə buraxılan informasiya dezinformasiyalarıdır".

"Bilirsiniz, bunların hamısını Ukrayna hakimiyyəti dövriyyəyə buraxır. Təbii ki, rejim ölkəmizdəki vəziyyəti ideoloji cəhətdən sarsıtmağa çalışır. Bunların hamısı məqsədyönlü şəkildə informasiya məkanına ötürülən yalan xəbərlərdir", - deyə Rusiya Prezidentinin mətbuat katibi bildirib.