📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyada səfərbərliyə qarşı mitinqlər keçirilir, yüzlərlə etirazçı həbs edildi - VİDEO

2022-09-21 22:01:00

Rusiyada səfərbərliyə qarşı mitinqlər keçirilir, yüzlərlə etirazçı həbs edildi - VİDEO

Hurriyyet.az “Ukrainskaya Pravda” nəşrinə istinadla xəbər verir ki, Rusiyanın müxtəlif şəhərlərində Prezident Vladimir Putinin qismən səfərbərlik qərarına qarşı keçirilən etiraz nümayişləri zaman azı 364 nəfər həbs edilib. Bu barədə məlumatı Rusiyanın təbliğatçı “RİA Novosti” saytı, Meduza və BBC kanalı veriblər. Peterburqda (96 etirazçı), Moskvada (89) və Yekaterinburqda (45) nəfərin tutulduğu bildirilir.

Həbs edilənlər arasında adi vətəndaş kimi mitinqlərə qoşulmuş jurnalistlər də var.

Həbslər Rusiyanın azı 23 şəhərində aparılıb.

Peterburq şəhərində etirazçıların dubinkalarla döyülmə halları olub.

Hürr Tərcüman