Rusiyada şəkər bahalaşdı
2022-03-28 15:54:00
Hurriyyet.az “RİA Novosti” informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiyanın Kənd Təsərrüfatı Nazirliyi bir həftə ərzində şəkərin 13 faiz bahalaşdığını bəyan edib. Açıqlamada qiyməti şəkər istehsalçılarının qaldırdığı bildirilir. Hazırda istehsalçılar topdansatışda ağ şəkərin 1 kiloqramını 60,33 rubla (1,04 manat) satırlar.
Nazirlik bildirib ki, Nyu-York birjasında da şəkər bir həftə ərzində 3,7% bahaşıb və şəkər xammalının bir tonu 424,16 dollara satılıb.
Qeyd edək ki, Ukraynada müharibə başlanandan sonra Rusiya mağazalarında başlamış şəkərə yüksək tələbat artıq azalıb və hazırda rəflərdə yetərli qədər məhsul var. Aradan qaldırılmış qıtlığın səbəbi vətəndaşlar arasında yaranmış süni təlaş olub.
Hürr Tərcüman