📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyada “Su-34” qırıcısı qəzaya uğrayıb - 2 nəfər ölüb

2023-05-13 16:46:00

Rusiyada “Su-34” qırıcısı qəzaya uğrayıb - 2 nəfər ölüb

Mayın 13-də Rusiyanın Braynsk vilayətində “Su-34” qırıcısının qəzaya uğraması nəticəsində 2 nəfər ölüb.

Hurriyyet.az xəbər verir ki, bu barədə yerli Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Bildirib ki, pilot və şturman katapultasiya edə bilməyərək həlak olublar. Qəzanın səbəbi araşdırılır.

Qeyd edək ki, mayın 13-də Brayanskda “Mi-8” helikopterinin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb.

Bəzi mənbələr qırıcı və helikopterin vurulduğuna dair informasiya yayıb. Rusiya rəsmiləri bunu şərh etməyib.