📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyada “Su-34” qırıcısının qəzaya uğramasının səbəbi açıqlanıb

2022-10-24 10:33:00

Rusiyada “Su-34” qırıcısının qəzaya uğramasının səbəbi açıqlanıb

Rusiyanın Krasnodar diyarının Yeysk şəhərində “Su-34” qırıcısının qəzaya uğramasının səbəbi açıqlanıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Qeyd olunub ki, uçuş zamanı iki qağayı “Su-34”ün mühərriklərinə daxil olub:

“Onların parçaları mütəxəssislər tərəfindən təyyarənin qalıqlarını araşdırarkən tapılıb. Bu hal təyyarənin mühərriklərindən birinin alışmasına və qəzaya uğramasına səbəb olub”.

Qeyd edək ki, Rusiyanın Krasnodar diyarının Yeysk şəhərində “Su-34” qırıcısının yaşayış ərazisinə çırpılması nəticəsində 15 nəfər ölüb, onlardan üçü uşaqdır.