📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyada terror aktı törətməyə cəhddə şübhəli bilinən şəxs saxlanılıb

2026-02-12 11:44:15

Rusiyada terror aktı törətməyə cəhddə şübhəli bilinən şəxs saxlanılıb

Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Udmurtiyada polis şöbəsində təxribat cəhdinin qarşısını alıblar.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə qurumun İctimai Əlaqələr Mərkəzindən bildirilib.

Saxlanılan Rusiya vətəndaşı əvvəllər terror və ekstremist xarakterli cinayətlərə görə məhkum olunub. O, DİN-in "Mojqinski" şöbəsinə silahlı hücum planlaşdırırdı. Onun qarajında terror aktı törətmək üçün əldəqayırma partlayıcı qurğu və digər silahlar aşkar edilərək zərərsizləşdirilib.

Həmin şəxs barəsində Rusiya Cinayət Məcəlləsinin 30-cu maddəsinin 1-ci hissəsi, 205-ci maddəsinin 1-ci hissəsi (terror aktı törətməyə hazırlıq) və 222.1-ci maddəsinin 1-ci hissəsi (partlayıcı maddələrin və ya partlayıcı qurğuların qanunsuz əldə edilməsi, satışı, saxlanılması, daşınması və ya gəzdirilməsi) üzrə cinayət işi açılıb.