Rusiyada təyyarə məcburi eniş etdi
2024-05-27 20:32:01
Yüngül mühərrikli təyyarə Pskov vilayətində məcburi eniş edib.
Hurriyyet.Az "TASS"a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Nəqliyyat üzrə Qərb Regionlararası İstintaq İdarəsi bildirib.
"Mayın 27-də günortadan sonra Pskov vilayətində yüngül təyyarənin təcili eniş etməsi barədə məlumat daxil olub", - məlumatda deyilir.
Hadisə nəticəsində xəsarət alan olmayıb. İlkin araşdırma aparılır.