📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyada təyyarə qəzası - 17 nəfərin öldüyü bildirilir

2026-11-17 22:24:12

Rusiyada təyyarə qəzası - 17 nəfərin öldüyü bildirilir

Rusiyanın Kemerovo vilayətində An-12 tipli təyyarə qəzaya uğrayıb.

Hurriyyet.net  xəbər verir ki, bu barədə “SHOT” teleqram kanalı məlumat yayıb.

Məlumata görə, Novosibirskdən Kanska uçan təyyarə Yaqunovo kəndi yaxınlığında yerə çırpılıb. İddiaya görə, göyərtədə olan 17 nəfərin hamısı həyatını itirib.

Şahidlərin sözlərinə görə, təyyarənin mühərriklərindən biri havada alışıb. Bundan sonra sürətlə hündürlük itirən təyyarə yerə çırpılaraq partlayıb.

Qeyd edək ki, 17 nəfərin ölümü ilə bağlı məlumat hələlik rəsmi təsdiqini tapmayıb. Qəzanın səbəbləri araşdırılır.