Rusiyada təyyarə qəzası: Ölənlər var
2026-03-20 21:53:05
Moskva vilayətinin Kolomna şəhərində təyyarə qəzaya uğrayıb.
Modern.az xəbər verir ki, hadisə nəticəsində iki nəfər ölüb.
“Direct Fly” markalı “ALTO NG” model təyyarə planlı uçuş həyata keçirirmiş.
Hadisənin başvermə şəraiti və səbəbləri araşdırılır.