📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyada təyyarə qəzaya düşdü - Pilot öldü

2024-09-14 14:45:27

Rusiyada təyyarə qəzaya düşdü - Pilot öldü

Rusiyanın Altay diyarında yüngülmühərrikli təyyarə qəzaya düşüb.

Hurriyyet.az xəbər verir ki, hadisə yerli vaxtla saat 12:00-da (Moskva vaxtı ilə 08:00) baş verib.

RF-nin Altay diyarı üzrə Fövqəladə Hallar Nazirliyi bildirib ki, təyyarə Rubsovski rayonunda qəzaya uğrayıb və pilot ölüb.

İlkin məlumata görə, qəzaya düşən təyyarə şəxsidir və pilot onu tək idarə edirmiş.

Faktla bağlı cinayət işi açılıb.

qafqazinfo.az