📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyada təyyarə qəzaya uğradı: ölənlər var

2024-07-12 22:30:19

Rusiyada təyyarə qəzaya uğradı: ölənlər var

Sukhoi Superjet 100 təyyarəsi meşədə qəzaya uğrayıb.

Hurriyyet.Az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin rəsmi Telegram kanalında məlumat verilib:

“Təyyarə meşəlik əraziyə düşüb. İçərisində üç ekipaj üzvü olub. Əhali arasında itki yoxdur”.

Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat katibi Artem Korenyako bildirib ki, qəza Moskva vaxtı ilə saat 15:00 radələrində baş verib.