📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyada tutulan 2 nəfər Azərbaycana gətirildi

2024-06-20 16:58:52

Rusiyada tutulan 2 nəfər Azərbaycana gətirildi

Beynəlxalq axtarışda olan 2 azərbaycanlı Rusiyadan ekstradisiya olunub.

Hurriyyet.az Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, beynəlxalq müqavilələrdən irəli gələn müddəalara uyğun olaraq, Azərbaycan vətəndaşları Hüseynov Rahib Sahib oğlu və İbrahimov Murad Teyyub oğlunun Rusiya Federasiyasından ekstradisiyası haqqında qərar qəbul olunub.

Belə ki, Abşeron rayon polis idarəsində ibtidai istintaqı aparılan cinayət işləri üzrə İbrahimov Murad Teyyub oğlunun qəsdən sağlamlığa ağır zərər vurma, Hüseynov Rahib Sahib oğlunun xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətlərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, onlar barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilməklə beynəlxalq axtarışa veriliblər.

Onlar Rusiya ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.