📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyada üç turist dağda donaraq öldü

2026-04-21 12:07:58

Rusiyada üç turist dağda donaraq öldü

Rusiyanın Buryatiya Respublikasının Okin rayonunda turist marşrutlarından birinin üzərində üç nəfərin meyiti tapılıb.

Oxu.Az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb:

"Okin rayonunda Munku-Sardık dağından eniş zamanı ilkin məlumatlara görə üç nəfər hipotermiyadan (bədənində temperaturun aşağı düşməsi nəticəsində yaranan simptomdur. İnsanın uzun müddət soyuq şəraitdə qalması nəticəsində yaranır - red.) həyatını itirib. Onların şəxsiyyətləri müəyyənləşdirilir".

Hadisə yerinə axtarış-xilasetmə qüvvələri göndərilib. Qeyd olunur ki, həlak olanların meyitləri aprelin 20-dən 21-nə keçən gecə aşkarlanıb. Turist qrupu Buryatiyaya Krasnoyarskdan gəlibmiş.