Rusiyada vətəndaş müharibəsi başlanıb?! – Priqojin dövlətin komandanını əsir götürdü
Hurriyyet.az “Ukrainskaya pravda” nəşrinə istinadla xəbər verir ki, Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin başçısı Yevgeni Priqojin RF hərbçilərinin “vaqnerçilər”ə atəş açdığını, muzdluların da öz növbəsində RF podpolkovnikini girov götürdüklərini bəyan edib. Hətta əsir götürülmüş Rusiya Federasiyası podpolkovnikinin dindirilməsini də dərc edib.
Priqojinin dərc elədiyi hesabata görə, “Vaqner” mudzluları 17 may tarixində yolu minalardan təmizləməyə çalışdıqları zaman Rusiyanın ştatlı hərbçiləri onları atəşə tutublar. Açıqlamada deyilir: “Minatəmizləyən qrup Müdafiə Nazirliyinin Semiqorye yaşayış məntəqəsi rayonundakı mövqelərindən atəşə tutulduğu üçün işini dayandırmalı olub”.
Muzdlular atəş nəticəsində onlara məxsus “Ural” yük maşınının sıradan çıxdığını, özlərinin isə zərər çəkmədiklərini iddia edirlər. Priqojin buna cavab olaraq “Vaqner” muzdlularının Rusiya hərbçilərinin sərxoş vəziyyətdə olan komandirini əsir götürdüklərini bəyan edib.
Hürr Tərcüman
![]()