Rusiyada “YouTube” kanallarının videoları kinoteatrlarda nümayiş etdiriləcək
2022-04-01 20:05:00
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Rusiyada blogerlərin çəkdikləri videolar “Videoblogerlər və kino” layihəsi çərçivəsində aprelin 4-dən etibarən “Karo” kinoteatrlar şəbəkəsində nümayiş etdiriləcək.
“Karo” marketinq, kafe və kinobarlar şəbəkəsinin açıqlamasında deyilir: “Son zamanlarda Rusiyadan olan istifadəçilərin bir çox populyar kanallarının ödənişinin məhdudlaşdırılması vəziyyəti ilə əlaqədar, “Karo” olaraq blogerləri dəstəkləmək istəyirik və paytaxtdan və bölgələrdən olan aparıcı blogerləri əməkdaşlığa dəvət edirik”.
Layihənin ilk iştirakçısı “Çiken karri” “YouTube” kanalı olacaq.
Hürr Tərcüman
Hurriyyet.az