📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyada zavodda partlayış: Ölənlər var

2023-07-07 21:47:00

Rusiyada zavodda partlayış: Ölənlər var

Rusiyada zavodda baş verən partlayış nəticəsində 6 nəfər ölüb, 8 nəfər yaralanıb.
Bu barədə "CNN" məlumat yayıb.
Güclü partlayış Rusiyanın Samara vilayətinin Kapaevsk şəhərindəki partlayıcı maddə istehsal edən zavodda baş verib. 
Partlayışdan sonra fabrikdə baş verən yanğını söndürmək üçün hadisə yerinə yanğınsöndürənlər göndərilib. 
Xilasetmə əməliyyatı zamanı 6 nəfərin cəsədi fabrikdən çıxarılıb, 8 nəfər isə yaralı olaraq xilas edilib.
Qeyd edək ki, partlayışın fabrikdə boru kəmərinin sökülməsi zamanı baş verdiyi bildirilir. \\Demokrat.az