📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyadakı mənbə: "Fransa Ermənistana Azərbaycan, İran, Türkiyə və Rusiya ilə bağlı kəşfiyyat məlumatlarını verəcək"

2024-02-23 18:29:10

Rusiyadakı mənbə:

Hurriyyet.az xəbər verir ki, rusiyalı hərbi ekspet İqor Korotçenko Fransanın Ermənistana Azərbaycan, İran, Rusiya və Türkiyə ilə bağlı kəşfiyyat məlumatlarını ötürəcəyini bildirib.
Korotçenko "Teleqram" kanalında yazıb: "Məlumatlı mənbələrin verdiyi informasiyaya görə, Baş nazir Nikol Paşinyanın Parisə səfəri zamanı Fransa (DGSE) ilə Ermənistanın (CBP) xarici kəşfiyyat xidmətlərinin sıx əməkdaşlıq münasibətlərinin qurulması barəsində razılıq əldə edilib. Bu razılaşma çərçivəsində DGSE İrəvana (razılaşdırılmış bir sıra məsələrlə bağlı) Azərbaycan, İran, Rusiya və Türkiyədən əldə edilmiş siyasi və hərbi xarakterli kəşfiyyat informasiyasını təqdim ediləcək. Bura Ermənistan kəşfiyyatına peyk və radioelektron kəşfiyyat materiallarının da verilməsi daxildir".
Hürr Tərcüman