📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyadan açıqlama: “Azərbaycanla nəqliyyat dəhlizinin açılması Ermənistana milyardlarla dollar gətirəcək”

2022-09-19 22:59:00

Rusiyadan açıqlama: “Azərbaycanla nəqliyyat dəhlizinin açılması Ermənistana milyardlarla dollar gətirəcək”

Zəngəzur dəhlizi sayəsində Ermənistana 5 milyard dollara yaxın məbləğdə Rusiya sərmayəsi qoyulacaq

Hurriyyet.az xəbər verir ki, Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuk IX Rusiya-Ermənistan Regionlararası Forumundakı çıxışı zamanı Azərbaycan ilə Ermənistan arasında avtomobil və dəmir yolu əlaqələrinin açılmasının Ermənistana təxminən 4,5-5 milyard dollar həcmində Rusiya sərmayəsinin daxil olmasına şərait yaradacağını bildirib.

O, Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının liderləri arasında imzalanmış üçtərəfli sazişlərdə barəsində danışılan nəqliyyat kommunikasiyalarının blokadasının açılmasının Ermənistan iqtisadiyyatının inkişafı üçün yeni imkanlar yaradacağına və ölkəyə yeni investisiyalar axını yaradacağına əminliyini ifadə edib.

Hürr Tərcüman