📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyadan açıqlama: “Bizimlə müharibəyə hazırlaşırlar”

2021-12-28 17:24:00

Rusiyadan açıqlama: “Bizimlə müharibəyə hazırlaşırlar”

Hurriyyet.az xəbər verir ki, Rusiyanın Müdafiə nazirinin müavini Aleksandr Fomin NATO-nun Rusiya ilə “irimiqyaslı hərbi münaqişəyə” hazırlaşdığını söyləyib. Fomin bu açıqlamanı paytaxt Moskva şəhərində xarici ölkələrin hərbi attaşeləri ilə keçirilən görüşdə, NATO alyansının fəaliyyətindən danışarkən verib.

Fomin son dövrdə NATO-nun Rusiyanı dayandırmaq istiqamətində addımlar atdığını bildirib.

Fomin NATO-nun Rusiya ilə müharibəyə hazırlaşdığını vurğulayaraq deyib: “NATO-nun hərbi sistemində Rusiya ilə irimiqyaslı hərbi münaqişəyə hazırlaşmaq istiqamətində yeni hədəflər qoyulub”.

Hürr Tərcüman