📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyadan Avropaya nüvə təhdidi

2022-04-14 18:35:00

Rusiyadan Avropaya nüvə təhdidi

Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadla xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev İsveç ilə Finlandiyanın NATO-ya üzv olacağı təqdirdə ölkəsinin bu təhdidlərə qarşı tədbir görməli olacağını və artıq Baltik ətrafının qeyri-nüvə statusundan danışılmayacağını bildirib.

Medvedev “Teleqram” kanalındakı paylaşmasında İsveç ilə Finlandiyanın NATO-ya daxil olacağı təqdirdə Baltik bölgəsinə nüvə silahları, İsgəndər raketləri, hipersonik silahlar, HHM sistemləri, hərbi gəmilər və hərbçilər göndərə biləcəklərini bəyan edib. “Əgər İsveç ilə Finlandiya NATO-ya daxil olarlarsa, ittifaqın Rusiya ilə sərhədi iki dəfədən artıq artacaq. Quru qüvvələrimizi və HHM sistemlərimizi ciddi şəkildə qüvvətləndirmək və Finlandiya hövzəsində güclü dəniz qüvvələri yerləşdirmək lazımdır. Belə vəziyyətdə Baltik regionunun nüvələrdən təmizləndirilmiş statusundan bəhs eləmək mümkün olmaz”.

Hürr Tərcüman