📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyadan Baltikyanı ölkələrə qarşı sərt diplomatik addım-konsulluqlar bağlanır

2022-04-21 15:14:00

Rusiyadan Baltikyanı ölkələrə qarşı sərt diplomatik addım-konsulluqlar bağlanır

Rusiya Federasiyası Latviyanın Sankt-Peterburq və Pskovdakı konsulluqlarını, eləcə də Estoniya və Litvanın Sankt-Peterburqdakı baş konsulluqlarını bağlayır. Bu barədə XİN bildirir. Rusiya həmçinin Latviya, Litva və Estoniya konsulluqlarının bütün əməkdaşlarını “Persona non-qrata” elan edib.
Rusiya XİN bu qərarı qarşılıqlılıq prinsipi, həmçinin bu ölkələrin hakimiyyət orqanlarının Kiyevə hərbi yardım göstərməsi, onların Ukraynanın "Donbass və Ukraynanın dinc əhalisinə qarşı cinayətlərini ört-basdır etməsi"ni bəhanə gətirərək izah edib.
Bundan əvvəl məlum olub ki, Moskva Belçika səfirliyinin bir neçə əməkdaşını da persona non qrata elan edib. Onlar mayın 3-dək Rusiyanı tərk etməlidirlər.

Ülviyyə, Hurriyyet.az