📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyadan deport edilənlərin sayı rekorda qalxdı

2024-06-20 00:06:41

Rusiyadan deport edilənlərin sayı rekorda qalxdı

Bu il Rusiyadan 30 mindən çox əcnəbi deportasiya edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur.

Hurriyyet.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya DİN-in rəsmi nümayəndəsi İrina Volk bildirib.

"Bundan əlavə, polis 100 min əcnəbinin ölkəyə girişini əngəlləyib. Bu, bir il əvvəllə müqayisədə 55% çoxdur", - İrina Volk Teleqram kanalında yazıb.

O, DİN-in keçirdiyi əməliyyat çərçivəsində bir həftə ərzində miqrasiya sahəsində 50 mindən çox qanun pozuntusunun qarşısının alındığını, doqquz minə yaxın şəxsin deportasiya edildiyini vurğulayıb.