Rusiyadan Ermənistana sərt MESAJ
2024-07-25 13:30:43
Ermənistan suveren ölkədir, bizim üçün qardaş ölkədir, biz Ermənistanın siyasi müdrikliyinə ümid edirik.
Hurriyyet.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O bildirib ki, Rusiya Ermənistanın Ukraynanın taleyini təkrarlamasını istəmir.
“Biz sadəcə olaraq istəmirik ki, onlar Kiyevin bir vaxtlar seçdiyi alternativsizliyi seçsinlər. Biz dostluq və isti münasibətləri davam etdirməyə sadiqik”, - Peskov qeyd edib./Manset.az/