Rusiyadan etiraf - 28 yaşayış məntəqəsi...
2024-08-12 17:08:23
Hurriyyet.az xəbər verir ki, Rusiya Kursk vilayətinin 28 yaşayış məntəqəsinin Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altına keçdiyini etiraf edib. Həmin ərazilərdə 2000 nəfərə qədər insan yaşayır. Bu barədə açıqlamanı Kursk vilayətinin başçısı səlahiyyətlərini icra edən Aleksey Smirnov verib.
Onun sözlərinə görə, Ukrayna ordusu həmin vilayətdə 12 km içəriyə, 40 km yanlara doğru əraziyə nəzarət edir.
121 min nəfər vətəndaş Kursk vilayətindən təxliyə edilib, ümumilikdə 180 min nəfər köçürülməlidir.
Hürr Tərcüman