Rusiyadan hərbi aerodromdakı yanğınla bağlı açıqlama: “PUA zərbəsi endirilib”
2022-12-06 14:48:00
Hurriyyet.az “Ukrainskaya pravda” nəşrinə istinadla xəbər verir ki, Rusiyanın Kursk şəhərindəki aerodromda yanğın baş verib. Bu barədə açıqlamanı Kursk vilayətinin qubernatoru Roman Staravoy verib: “Kursk aerodromu rayonuna PUA hücumu nəticəsində neft anbarı yanıb. Zərərçəkən yoxdur. Yanğın söndürülür. Bütün xüsusi xidmətlər hadisə yerindədirlər”.
Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə qədər Kursk aerodromundan həm mülki, həm də hərbi aviasiya üçün istifadə edilib.
Fevralın 24-dən etibarən isə aerodromdan mülki uçuşlar qadağan edilib. RF-nin 14-cü qırıcı aviasiya polku burada yerləşir. Aerodromda Su-30SM çoxməqsədli qırıcıları üstünlük təşkil edir.
Hürr Tərcüman