📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyadan iddia: “Zelenski Ukraynada deyil”

2022-03-04 17:23:00

Rusiyadan iddia: “Zelenski Ukraynada deyil”

İnformasiya müharibəsi

Hurriyyet.az xəbər verir ki, Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin öz Teleqram kanalında Ukrayna Prezidenti Vladimir Zelenskinin Ukraynanı tərk edərək Polşaya keçdiyini iddia edib. Volodinin yazdığına görə, Ali Radanın deputatları Lvov şəhərində Zelenski ilə görüşə bilməyiblər. Bu məlumatı Rusiyanın “RİA Novosti” informasiya agentliyi yayıb.

Bu, onun ilk iddiası deyil. Bundan əvvəl Volodin fevralın 25-də Zelenskinin Kiyevdən Lvova qaçdığını iddia eləmişdi.

Hürr Tərcüman