📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyadan İrəvana xəbərdarlıq: Sərhədinizi biz qoruyuruq!

2023-01-12 15:44:00

Rusiyadan İrəvana xəbərdarlıq: Sərhədinizi biz qoruyuruq!

Ötən il Ermənistan Müdafiə Nazirliyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Qazaxıstanda keçirilən təlimlərində iştirak etmək üçün kontingent ayırmamışdı.

Hurriyyet.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.

O bildirib ki, bu, təşkilatdakı müttəfiqləri razılaşdırılmış planları yeniləməyə məcbur edir və əlavə çətinliklər yaradır:

“Amma KTMT çərçivəsində işlər davam edir, məsələ öz həllini tapacaq”.

M.Zaxarova, həmçinin, söyləyib ki, Rusiya hərbçiləri Ermənistanın təhlükəsizliyinə əhəmiyyətli töhfə verir, onun sərhədlərini qoruyur:

“Bu obyektiv reallığı inkar etmək mümkün deyil”.

axar.az