Rusiyadan nüvə silahı ilə bağlı açıqlama
Hurriyyet.az xəbər verir ki, RF XİN rəhbərinin müavini Aleksandr Qruşko "RİA Novosti" agentliyinə müsahibəsində Rusiyanın nüvə doktrinasını yeniləməsinin səbəblərini açıqlayıb. Diplomatın sözlərinə görə, Moskvanın öz təhlükəsizliyini təmin etməsi üçün əlində olan bütün vasitələrdən istifadə etməsinə hazır olmasıyla əlaqədar rəqiblərinin xəyal qurmaması üçün Rusiya nüvə doktrinasını yeniləyir.
Qruşko deyib: "Biz strateji sabitliyə, təhlükəsizliyimizə və müdafiə qabiliyyətimizə təsir edən faktorların hamısını nəzərə alırıq. Bu məqsədlə Nüvə Təmkinliyi Sahəsində Dövlət Siyasətinin Əsaslarını təzələyirik ki, düşmənlərimizin sahib olduğumuz bütün vasitələrlə Rusiya Federasiyasının təhlükəsizliyini təmin etməyə hazır olduğumuza heç bir şübhəsi olmasın".
XİN təmsilçisi bildirib ki, həm konseptual, həm siyasi, həm də hərbi-texniki baxımdan NATO-nun nüvə ölkələri və özünü nüvə silahına malik elan edən NATO ittifaqının özü də alyansın strategiyasında nüvə silahının rolunun artırılması yolu ilə gedirlər.
Hürr Tərcüman