Rusiyadan qaz idxalı azalan Avropa Çindən günəş panelləri almağa başladı
2022-09-20 18:48:00
Hurriyyet.az xəbər verir ki, Çinin “Çaysin” maliyyə nəşri Avropa ölkələrində bu il Çinin günəş panellərinə tələbatın kəskin şəkildə artdığını, Aİ-nin Rusiyadan təbii qaz çatışmazlığını kompensasiya etmək üçün alternativ enerji mənbələri axtardığını yazıb.
Çin dünyanın ən böyük günəş panelləri tədarükçüsüdür və 2022-ci ilin əvvəlindən ixracatın 55%-i Avropa İttifaqına daxil olmayan ölkələr də daxil olmaqla, Avropa ölkələrinə gedir. Ötən il ərzində Avropaya ixrac 46% təşkil edib.
Nəşr Ember analitik mərkəzinin məlumatlarına istinadən yazır ki, may-avqust aylarında günəş panelləri Avropanı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 28% çox enerji ilə təmin edib.
Hürr Tərcüman