📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyadan RF, Azərbaycan və İranın energetika sistemlərini birləşdirmək çağırışı

2022-12-21 14:21:00

Rusiyadan RF, Azərbaycan və İranın energetika sistemlərini birləşdirmək çağırışı

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiyanın Energetika naziri Nikolay Şulqinov iranlı həmkarı Əli Əkbər Mehrabian ilə görüşü zamanı Rusiya, Azərbaycan və İranın öz energetika sistemlərini birləşdirmək sahəsində fəaliyyəti aktivləşdirilməli olduqlarını söyləyib.

Nazir deyib: “Layihənin reallaşdırılması zamanı nəzərə alınması zəruri olan prioritet məsələlərdən biri Rusiya ilə İranın enerji sistemlərinin etibarlılığının təminatı və onların paralel fəaliyyətinin təminatıdır”.

RF Energetika Nazirliyində qeyd ediblər ki, İslam Respublikası istilik elektrik stansiyasının tikintisində və Rusiya enerji avadanlığından, o cümlədən qaz triubunlarından istifadədə maraqlıdır. Nazirliyin açıqlamasında deyilir: “İranlı tərəfdaşlar İES tikintisi və generasiyanın yenidənqurmasında, həmçinin, Rusiyanın qaz turbinləri də daxil olmaqla, enerji avadanlığından istifadə eləməklə birgə layihələrin reallaşdırılmasında maraqlıdırlar”.

Nazirliyin bəyanatına görə, Rusiya şirkətləri də qaz turbinlərinin birgə istehsalında maraqlıdırlar.

Hürr Tərcüman