Rusiyadan sanksiyalara cavab – Qərbi çörəksiz qoymaqla təhdid etdi
2023-05-26 16:10:00
Hurriyyet.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi Qərbin Rusiyaya qarşı tətbiq elədiyi bank sistemi sanksiyalarına cavab olaraq, həmin ölkələri iyulun 17-dən sonra Qara dəniz taxıl müqaviləsinin vaxtının uzadılmayacağı ilə təhdid edib.
Bəyanatda deyilir: “Rosselxozbank”ın SWIFT sisteminə qoşulmayacağı təqdirdə, bizim kənd təsərrüfatı mallarımızın ixracını əngəlləyən digər “sistem” problemlərinin yerinə yetirilməsində də irəliləyiş olmayacaq. O zaman Qara dəniz təşəbbüsünə də alternativlər axtarmaq lazım gələcək”.
Hürr Tərcüman