Rusiyadan sensasiya: Danışıqlar buna görə aparılır
2022-03-09 14:40:00
Moskva Ukrayna ilə danışıqları mənasız qan tökülməsinin qarşısını almaq üçün aparır.
Hurriyyet.az xəbər verir ki, belə bir təəccüblü açıqlama ilə Rusiya XİN sözçüsü Mariya Zaxarova çıxış edib.
O bildirib ki, danışıqlarda müəyyən irəliləyişlər var:
“Paralel olaraq Ukraynada hərbi əməliyyat davam edir. Danışıqlar mənasız qan tökülməsinin və Ukrayna ordusunun müqavimətini dayandırmaq üçün aparılır”, - Zaxarova bildirib.
Qeyd edək ki, mənasız qan tökülməsinə səbəb Rusiyanın Ukraynaya hərbi müdaxiləsidir.