“Rusiyadan Şimali Kiprə aviauçuşlar olacaq”
Hurriyyet.az xəbər verir ki, “Yeni Şafak” nəşri adlarının açıqlanmasını istəməyən mənbələrə istinadla noyabr ayından etiarən Rusiyadan Antalyadan keçməklə Şimali Kipr Türk respublikasına gündəlik aviauçuşlar keçiriləcəyini bildirib.
Qəzetin yazdığına görə, ilk reysdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak edəcəyi gözlənilir. Prezident Ərdoğan dünənki çıxışında rusiyalı həmkarı Vladimir Putin ilə birlikdə Rusiyadan Şimali Kiprə aviauçuşlarla bağlı danışıq apardığını xəbər vermişdi.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu açıqlamaya cavab olaraq, deyib: “Hələlik bu istiqamətdə heç bir qərar qəbul edilməyib”.
1974-cü ildən bəri Kipr adasının yunan və türk icmaları onu Şimali və Cənubi Kiprə bölüblər. Hazırda BMT adadakı tərəflərin birləşməsi üçün danışıq aparır.
Hürr Tərcüman