📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyadan şok açıqlama: Zelenski böyük müharibəyə hazırlaşır

2024-09-01 18:00:16

Rusiyadan şok açıqlama: Zelenski böyük müharibəyə hazırlaşır

“Zelenski böyük müharibəyə başlamaq istəyir”.

Hurriyyet.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O bildirib ki, Ukrayna prezidenti Volodimir Zelenski NATO-nun iştirakı ilə münaqişəni böyük müharibəyə çevirmək niyyətindədir.

Rusiya XİN rəhbəri Yaxın Şərq və Ukraynadakı vəziyyətdə oxşarlıqlar  olduğunu diqqətə çatdırıb.

“Kənara çəkilsə, ABŞ və digər NATO üzvləri onun əvəzinə mübarizə aparacaqlar. Onlar Yaxın Şərqdə və Rusiyaya yaxın ərazilərdə böyük müharibəni qızışdırmaq istəyirlər. Bu, hər iki cəbhədə oxşar vəziyyət yaradır”, – deyə Lavrov vurğulayıb.

globalinfo.az