📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyadan təhdid: “Avropa neftsiz, qazsız qalacaq”

2022-01-26 15:31:00

Rusiyadan təhdid: “Avropa neftsiz, qazsız qalacaq”

Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadla xəbər verir ki, Rusiya Federasiya Şurasının sədrinin müavini Nikolay Juravlyev TASS informasiya agentliyinə müsahibəsində ölkəsinin SWIFT beynəlxalq bank sistemindən çıxarılacağı təqdirdə Avropa ölkələrinə təbii qaz, neft və minerallar verilməyəcəyini bildirib. Juravlev deyib: “Biz valyuta almayacağıq, amma Avropa ölkələri də neft və qaz almayacaqlar”.

Böyük Britaniyanın Baş naziri Boris Conson Moskvanın Ukraynanı işğal edəcəyi təqdirdə atılacaq cavab addımlarından birinin də Rusiyanın SWIFT sistemindən çıxarılacağı olduğunu bəyan edib. Conson müttəfiqlərin bütün sahələrdə Rusiyaya qarşı birləşməli olduğunu bildirib.

Hürr Tərcüman