📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyadan Türkiyəyə həftədə 700-dən artıq aviareys olacaq

2022-05-18 16:26:00

Rusiyadan Türkiyəyə həftədə 700-dən artıq aviareys olacaq

Hurriyyet.az “Vestnik Kavkaza” nəşrinə istinadla xəbər verir ki, yayda Rusiyadan Türkiyəyə həftədə 700-dən artıq aviareys olacağı gözlənilir.

“Rosturizm”in rəhbəri Zarina Doquzova bu gün mətbuata açıqlamasında iyulun 1-dək həftədə əlavə olaraq 450 reysin həyata keçirilməsi barədə ikitərəfli razılıq əldə edildiyini bildirib: “Biz Nəqliyyat Nazirliyi ilə birlikdə bizim turistləri qəbul eləməyə hazır olan dost ölkələrlə hava əlaqəsinin genişlənməsi üzərində işləyirik. İndiyə qədər Türkiyəyə həftədə 290 aviauçuş həyata keçirilirdi. Ötən həftə isə yeni razılaşma əldə elədik – iyulun 1-nə qədər Türkiyə istiqamətində əlavə 450 reys açılacaq”.

Hürr Tərcüman