📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyadan Türkiyəyə kosmik layihəyə dəvət gəldi

2023-10-10 16:30:37

Rusiyadan Türkiyəyə kosmik layihəyə dəvət gəldi

“Roskosmos” Braziliya, Türkiyə və Cənubi Afrikanı Rusiyanın orbital stansiya layihəsində iştirak etməyə dəvət edib.

“Roskosmos”un rəhbəri Yuri Borisovun sözlərinə görə, bu ölkələr tikintisinə 2027-ci ildə başlanması planlaşdırılan orbital stansiya layihəsinə qoşulmaqda maraqlı olduqlarını bildiriblər.

Borisov qeyd edib ki, stansiya “kosmik texnologiyaların sınaqdan keçirilməsi üçün” tədqiqat mərkəzi və laboratoriya kimi fəaliyyət göstərəcək.

Ülviyyə, Hurriyyet.az