📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyadan Ukraynaya keçmək istəyən azərbaycanlılar güllələndi: Dördü eyni kənddəndir

2022-10-08 12:30:00

Rusiyadan Ukraynaya keçmək istəyən azərbaycanlılar güllələndi: Dördü eyni kənddəndir

Ukrayna-Rusiya sərhədində azərbaycanlıların olduğu avtobus atəşə məruz qalıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə vəkil Aqil Layıc öz feysbuk hesabında məlumat paylaşıb.

O bildirib ki, içərisində çoxsaylı sərnişinlərin olduğu avtobus Xerson istiqamətində vurulub. Atəşin Rusiya Silahlı Qüvvələri mənsubları tərəfindən açıldığı qeyd edilib.

Hadisə nəticəsində avtobusdakı şəxslərin həlak olduğu bildirilib. Onların 4-ü Zərdab rayonunun Məmmədqasımlı kənd sakinləridir.

Məlumata görə, Rusiya-Ukrayna sərhədindən qarşı tərəfə keçmək istəyən şəxslər Rusiyadakı qismən səfərbərliklə əlaqədar bu ölkəni tərk etmək niyyətində olublar.

Hadisə barədə Azərbaycanda dövlət qurumları tərəfindən dəqiqləşdirmələr aparılır, əraflı məlumat veriləcək.

yenisabah.az