📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyadan xəbərdarlıq: İrəvanın təhlükəsizlik üzrə tərəfdaşlar axtardığı Qərbin məqsədləri müharibə xarakteri daşıyır

2024-06-05 10:40:08

Rusiyadan xəbərdarlıq: İrəvanın təhlükəsizlik üzrə tərəfdaşlar axtardığı Qərbin məqsədləri müharibə xarakteri daşıyır

Rusiya Cənubi Qafqazda qonşuları arasında davamlı sülhün bərqərar olmasında maraqlıdır. Bununla yanaşı, hazırda İrəvanın təhlükəsizlik üzrə tərəfdaşlar axtardığı Qərbin məqsədləri də əks xarakter daşıyır.

Bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin TASS-a müsahibəsində bildirib.

Qaluzin qeyd edib ki, Ermənistanda sabitlik Qərbin prioritetləri arasında deyil, əksinə, Rusiya Federasiyasını zəiflətmək üçün postsovet məkanında gərginlik ocaqlarını saxlamaq onun üçün faydalıdır.

“İrəvanın tələsik addımları Rusiya və digər KTMT ölkələri ilə vahid müdafiə məkanının yaradılmasına mane ola bilər”, deyə o, yekunlaşdırıb.

Ülviyyə, Hurriyyet.az