📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyalı ekspertlərdən həyəcan siqnalı-Türkiyə Qazaxıstanda güclənir

2022-08-17 12:07:00

Rusiyalı ekspertlərdən həyəcan siqnalı-Türkiyə Qazaxıstanda güclənir

Türkiyə Qazaxıstanda güclənir və bu ölkə vasitəsilə Mərkəzi Asiyaya təsirini artırır. "Urallive" xəbər verir ki, bunu Kazan Federal Universitetinin Avrasiya və beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri, Milli Strategiya İnstitutunun eksperti Rais Süleymanov deyib. Xatırladaq ki, ekspert Rais Süleymanov milliyyətcə tatar türküdür.
Süleymanovun sözlərinə görə, Türkiyə və Qazaxıstanın xüsusi xidmət orqanlarının əməkdaşlığı "pantürkizm" doktrinasının həyata keçirilməsinə dəlalət edir və Qazaxıstan təsadüfən “seçilməmişdir”.
“Qazaxıstan Mərkəzi Asiyada daha açıq rejim və bütün Mərkəzi Asiya respublikalarının iqtisadi cəhətdən ən çiçəklənən dövləti olduğuna görə seçilib,” deyə politoloq "SolovievLIVE"də deyib.
Süleymanov qeyd edib ki, bu cür dəyişikliklər Rusiyaya zərbədir. “Türkiyə postsovet məkanında harada güclənirsə, bu o deməkdir ki, orada ölkəmizin təsiri zəifləyir”, deyə ekspert bildirib.

Ülviyyə, Hurriyyet.az