📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyalı hərbçilər Ermənistanda təlim keçdilər

2023-04-20 12:49:00

Rusiyalı hərbçilər Ermənistanda təlim keçdilər

Rusiyanın Cənub Hərbi Dairəsinin Ermənistandakı hərbi bazasının maddi-texniki təminat bölmələri təlim keçirib.

Hurriyyet.az xəbər verir ki, bu barədə məlumatı Cənub Hərbi Dairəsinin Mətbuat xidməti yayıb. 

Təlimlər “Alagəz” və “Kamxud” poliqonlarında baş tutub. 

Hərbçilər təlim zamanı çöl şəraitində hərbi texnikanın yanacaqla doldurulması və digər tapşırıqları yerinə yetiriblər.

qafqazinfo.az