Rusiyalı immunoloq pandemiyanın nə vaxt bitəcəyini söylədi
2021-09-02 09:27:00
Hurriyyet.az xəbər verir ki, rusiyalı ekspert, tibb elmləri namizədi, immunoloq Nikolay Kryuçkov pandemiyanın hansı tarixdə bitəcəyi barəsində proqnozunu bildirib.
Onun sözlərinə görə, koronavirus pandemiyası 2024-cü ildə başa çata bilər: “Ola bilsin ki, 2023-cü ilin axırında, 2024-cü ildə bütün dünyadakı vəziyyət sabitləşəcək. Rusiyada normallaşma daha tez baş verə bilər”.
Kryuçkovun sözlərinə görə, həmin müddət ərzində ölüm sayını azaltmağa və virusun mutasiya imkanlarını məhdudlaşdırmağa çalışmaq lazımdır.