📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyalı jurnalist reportaj yaydı, tank karvanı darmadağın edildi - VİDEO

2022-04-12 23:42:00

Rusiyalı jurnalist reportaj yaydı, tank karvanı darmadağın edildi - VİDEO

 

"Onlar hərəkət istiqamətlərini özləri dedilər".

Ukraynalı jurnalist Yuri Butusovun dediyinə görə, Xarkov vilayətindəki İzyum şəhəri yaxınlığında ukraynalı hərbçilər Rusiya Silahlı Qüvvələrinin elitar hərbi hissələrindən sayılan 4-cü qvardiya Kantemirov tank diviziyasının tank karvanını darmadağın ediblər.

Bu zaman rusiyalıların iki T-80 tankı qənimət kimi götürülüb.

"Bu karvanın hərəkəti barədə Rusiyanın "Komsomolskaya Pravda" qəzetinin reportyoru Aleksandr Kots məlumat vermişdi: o, video çəkib paylaşmış, Rusiyanın tanklarının hansı istiqamətdə hərəkət etdiyini göstərmişdi", - A.Butusov deyib.

 

Milli.Az