📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyalı muzdlular Afrikada öldürüldü

2021-10-04 17:16:00

Rusiyalı muzdlular Afrikada öldürüldü

Hurriyyet.az xəbər verir ki, Mərkəzi Afrika Respublikasında “Vaqner” özəl hərbi şirkətinin üç nəfər muzdlusu öldürülüb, ikisi isə ağır yaralanıb. Afrika ölkəsinin qərbində yerləşən Mamber-Kadei prefekturasında üsyançılar muzdluları pusquya salıblar.

Yerli medianın yazdığına görə, atışma Bombo kəndinin yaxınlığında baş verib. Qiyamçı “Dəyişikliklər uğrunda koalisiya qrupu”nun üzvləri Rusiya muzdlularının karvanını pusquya salıblar.

İnsidentdən sonra muzdluların evakuasiyası üçün rayona vertolyot göndərilib.

BMT-nin insan hüquqları üzrə ekspertlərinin 31 mart tarixli hesabatında 2020-ci ilin 27 dekabr tarixində keçirilən prezident seçkilərindən sonra Mərkəzi Afrika Respublikasında Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin döyüşçülərinin amansız hücumlar etdiyi və insan hüquqlarını pozduğu qeyd edilib.

Hürr Tərcüman