📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyalı nazir bu gün Azərbaycana gəlir

2024-03-07 15:54:43

Rusiyalı nazir bu gün Azərbaycana gəlir

Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov martın 7-də Azərbaycana işgüzar səfərə gəlir.

Hurriyyet.az xəbər verir ki, səfər çərçivəsində onun iqtisadiyyat naziri Mikayıl Cabbarov və Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə görüşü gözlənilir.

M.Reşetnikov rusiyalı və azərbaycanlı sahibkarlarla görüşəcək və Rusiyaya məxsus müəssisəyə baş çəkəcək.

Qarşıdakı görüşlərdə tərəflər ölkələr arasında ticari-iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini, həmçinin birgə layihələrin təşviqi perspektivlərini nəzərdən keçirəcəklər.

yenisabah.az