📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyalı nazir müavini ÜST-ün tədbirinə buraxılmadı

2023-09-12 21:56:51

Rusiyalı nazir müavini ÜST-ün tədbirinə buraxılmadı

Danimarka hakimiyyəti Kopenhagendə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) regional toplantısında iştirak etməyi planlaşdıran Rusiya səhiyyə nazirinin müavini Oleq Salaqayı ölkəyə buraxmayıb.

"Hurriyyet.Az" “Ölkə.az”-a istinadla xəbər verir ki, bu barədə Rusiyanın Kopenhagendəki diplomatik missiyasının teleqram kanalında məlumat verilib.

"Sentyabrın 12-14-də Kopenhagendə ÜST-nin regional toplantısı keçirilir. Bu tədbirdə səhiyyə nazirinin müavini O.Salaqayın iştirakı gözlənilirdi. Lakin Kastrup hava limanında onun Danimarkaya buraxılmasına icazə verilmədi", - mətndə deyilir.