"Rusiyalı oliqarxlar da Putinlə bərabər mühakimə olunmalıdırlar" - XAQANİ CƏFƏRLİ
"Putinin, Rusiya imperiyasının maraqlarına xidmət edən yazılarla çıxış etmiş bir oliqarxın “əfv” edilməsi ədalətin bərqərar olacağına ümid edənlərə xəyanət olar"
"Rusiyanın əsassız və qeyri-bərabər hücumuna məruz qalan Ukraynanı dəstəkləyənləri qınayanlar da tapılır. Rusiyanın həyata keçirdiyi soyqırımı, törətdiyi hərbi və insanlıq əleyhinə cinayətlərə qarşı Ukraynanı müdafiə edənləri qınayanlar, özü də bunu “vicdan səsi” kimi təqdim edənlər də var. Danimarkanın Ukraynaya F-16 qırıcı təyyərələri vəd etməsidən sonra danimarkalı rejissor Lars fon Trier Danimarkanın baş nazirinə müraciət ünvanlayaraq, belə yazıb: "Rusların da həyatı önəmlidir"". Hurriyyet.az xəbər verir ki, bunu politoloq Xaqani Cəfərli qeyd edib.
Politoloq hesab edir ki, ruslar əlləri çatan ölkələrdə soyqırımı, hərbi və insanlıq əleyhinə cinayətlər törədib və törətməkdə də ədalətli mübarizəsinə dəstək olmaq əvəzinə rusların həyatına acımaq əslində ikiüzlülükdür: "Çıxışlarında axmaq ifadəsin tez-tez işlədən Lenin Sovet Rusiyasına rəğbət bəsləyən və yardım edən qərbliləri “faydalı axmaqlar” adlandırıb, belələrinə ehtiyaclarının olduğunu söyləyib. Belə “faydalı axmaqlar” olmasaydı yəqin ki, rusların sayı aclıq (qolodomor) illərindən sonra daha az olardı. Həmin “faydalı axmaqlar” bu gün də var və onlar “Rusların da həyatı önəmlidir” yaza bilirlər. “New York Times” və “The Economist” kimi nüfuzu nəşrlər “Putinin faydalı axmaqları”nın əməllərini ifşa edib, adlarını dərc etsə də, yeni-yeni “faydalı axmaqlar”ın “vicdan səsi”ni eşidirik".
Xaqani Cəfərli bildirib ki, Avropa İttifaqının idarəçiləri də “faydalı axmaqlar” ordusuna qoşulmaq ərəfəsindədir: "Məlumatlara görə, Avropa İttifaqı Azərbaycan əsilli rusiyalı oliqarx Fərhad Əhmədova qarşı sanksiyaları ləğv edə bilər. Azərbaycan və Rusiya mətbuatında dəfələrlə Putinin, Rusiya imperiyasının maraqlarına xidmət edən yazılarla çıxış etmiş bir oliqarxın “əfv” edilməsi ədalətin bərqərar olacağına ümid edənlərə xəyanət olar. Bu mənada, Rusiya müxalifətinin liderlərindən biri olan Vladimir Milovla tam razıyam ki, heç bir şərt çərçivəsində rusiyalı oliqarxları əfv etmək, onlardan "məzlum" obrazları düzəltmək olmaz. Əksinə, həmin oliqarxlar da Putinlə bərabər Haqqa məhkəməsində mühakimə olunmalıdırlar".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az