📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyalı politoloq Dmitri Rodionov: Türkiyənin Cənubi Qafqazda aktivləşməsinin səbəbi Rusiya və İran təsirini azaltmaqdır - VİDEO

2024-10-30 12:54:44

Rusiyalı politoloq Dmitri Rodionov: Türkiyənin Cənubi Qafqazda aktivləşməsinin səbəbi Rusiya və İran təsirini azaltmaqdır - VİDEO

Rusiyalı politoloq Dmitri Rodionov “Alpha News”un Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ankaranın Ermənistan-Azərbaycan sülh prosesi məsələsində Bakı ilə əməkdaşlığı davam etdirəcəyi ilə bağlı bəyanatını şərh edib.

“Türkiyənin Ermənistan-Azərbaycan münaqişəsinin əsas moderatoru rolunu öz üzərinə götürməyə çalışmasının səbəbi regiondan sıxışdırılıb çıxarmaq və ya ən azı əsas rəqibləri olan Rusiya və İranın təsirini əhəmiyyətli dərəcədə azaltmaq cəhdidir. Tarixə baxsaq,  Zaqafqaziya həmişə Rusiya İmperiyası, İran və Osmanlı İmperiyası arasında birbaşa rəqabət bölgəsi olub. Onların arasında davamlı müharibələr gedir. İndi 21-ci əsrdir və aydındır ki, sivil ölkələr öz problemlərini bir az fərqli üsullarla həll edirlər. İndi də bu rəqabət yoxa çıxmayıb. Türkiyə təbii ki, öz sərhədini birbaşa Azərbaycanın əsas ərazisi ilə birləşdirmək, Xəzər dənizinin sahillərinə çatmaq və daha sonra Mərkəzi Asiyaya genişlənməsinə başlamaq istəyir”, deyə Rodionov bildirib. Ekspertlərin fikrincə, Türkiyə və İngiltərə Rusiyanın Qafqaz münasibətlərinə prinsipial olaraq qarışmamasında maraqlıdır.

Ülviyyə, Hurriyyet.az